Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-30 12:32:00
ADNSU-da web-seminar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) BA (MBA,BBA) proqramlarının təşkilatçılığı ilə web-seminar keçirilib.

 “Tədqiqat və inkişaf qrant proqramları çərçivəsində tədqiqat layihələrinin yazılması (Azərbaycan, Ukrayna və Yunanıstan təcrübəsi)" adlı seminarda  BA proqramlarının direktor müavini, dosent Nailə Həsənova ADNSU BA proqramları haqqında ətraflı məlumat verib.

 Seminarda Ukraynanın Sumy Dövlət Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri, Konstantin Kıryçenko, prof. Hanna Shvindina, müəllim, Yunanıstanın Sahibkarlığın İnkişafı İnstitutunun layihe meneceri Spiros Voulgaris tədbirə  onlayn qoşularaq, tədqiqat layihələrinin yazılması barədə təcrübələrini tələbələrlə bölüşüb.

 Qeyd edək ki, seminarın keçirilməsində əsas məqsəd tələbələrin elmi və tədqiqat layihələri sahəsində bilik və bacarıqlarını artırmaq, elm və tədqiqat sahəsində müxtəlif universitetlərin və təşkilatların təcrübəsini öyrənmək,həmçinin universitetlə xarici universitetlər və təşkilatlar arasında birbaşa əlaqə yaratmaq olub.