Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-21 14:48:16
BDU yataqxanasında faciə-Ölən tələbə nişanlı imiş 

Bakı Dövlət Universitetinin (BDU) 2№-li yataqxanasında zəhərlənmədən ölən Şəkər Həsmətova nişanlı olub.

AzEdu.az-a daxil olan məlumata görə, zəhərlənən hər 3 qızın vəziyyəti dünən axşamdan ağırlaşıb.

Yataqxanada qalan digər tələbələr Təcili Tibbi Yardıma məlumat vermək istəsələr də, qızlar razı olmayıblar.

Zəhərlənən tələbələrdən biri Həmidə Bünyəmiddinovna Ekologiya və torpaqşünaslıq fakültəsinin IV kurs tələbəsidir. Hadisə nəticəsində həyatını itirən tələbə də IV kursda təhsil alırmış.

Zəhərlənən digər tələbə Kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyevadır.

Xatırladaq ki, həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə Klinik Tibbi Mərkəzə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları