Azedu.az

Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilən azərbaycanlı alimdən AÇIQLAMA

Müəllimlər və elm adamları

Elmi institut və təşkilatlar

18 Noyabr 2019, 14:22
Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilən azərbaycanlı alimdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Rusiyada iki azərbaycanlı bu ölkənin Elmlər Akademiyasının müxbir üzvü seçilib. 
Həmin azərbaycanlılar Zahid Qocayev və Elmar Musayevdir.

  AzEdu.az Modern.az-a istinadla  xəbər verir ki, Elmar Musayev açıqlamasında bildirib ki, Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilməsində azərbaycanlıların dəstəyi olub:

 “3 il bundan qabaq Rusiya Elmlər Akademiyasının professoru seçildim. Akademiyada Məmməd Əliyev adında həkim-cərrah çalışır. Məmməd müəllimdən də başqa Həmid Davudov adlı bir azərbaycanlı da var. Onların hər ikisi mənim namizədliyimi irəli sürüblər”.

 Elmar Musayev həkim kimi fəaliyyətindən də söz açıb.

“1993-cü ildən Rusiyada yaşayıram. Elə həmin ildən də Rusiyadakı Onkoloji mərkəzdə çalışıram. Hətta Azərbaycandan da müalicə olunmaq üçün müraciət edən xəstələr olur. İmkan və gücümüz daxilində onlara köməklik edirik” – deyən həmsöhbətimiz bildirib ki, Rusiya Elmlər Akademiyasında ümumilikdə 4 azərbaycanlı alim çalışır.

Qeyd edək ki, Elmar Musayev Rusiya Elmlər Akademiyasının fiziologiya elmləri bölməsinin (patofiziologiya), Zahid Qocayev isə kənd-təsərrüfatı elmləri bölməsinin (kənd təsərrüfatı istehsalının mexanikləşdirilməsi və avtomatlaşdırılması) müxbir üzvü seçilib.

 

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox