Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-14 09:43:00
Tanınmış motivatordan tələbələrə sürpriz - 200 dəyərli kitab hədiyyə olunacaq-FOTO

Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatının (ATU TGT) təşkilatçılığı ilə “17 noyabr –Beynəlxalq Tələbə Günü” münasibətilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin Sədr müavini, Hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilovla tələbələrin səmimi görüşü baş tutacaq.

ATU-dan AzEdu.az-a verilən məlumata görə, görüş çərçivəsində tələbələr üçün maarifləndirici seminar və tədbirdə iştirak edən ilk 200 nəfərə müəllifin "Məqsədlisən?" adlı imzalı kitabı hədiyyə olunacaq.

Xatırladaq ki, Nadir Adilov "Gəncsən? Başla!" və "Məqsədlisən?" adlı işgüzar və fərdi inkişaf kitablarının müəllifidir.