Azedu.az

İçərişəhərdə Dövlət Bayraq Günü münasibətilə elmi-praktiki konfrans təşkil edilib

Maraqlı

Elmi institut və təşkilatlar

7 Noyabr 2019, 09:03
İçərişəhərdə Dövlət Bayraq Günü münasibətilə elmi-praktiki konfrans təşkil edilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə elmi-praktiki konfrans keçirilib.

AzEdu.az  xəbər verir ki, idarənin Elmi-Mədəni Mərkəzi tərəfindən təşkil olunmuş tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli mövzuya dair məruzə ilə çıxış edib.

Tədbirdə Qoruq İdarəsi əməkdaşları ilə yanaşı, tarixçi alimlər və universitet tələbələri də iştirak ediblər.

Xatırladaq ki, B.Əhmədli onlarla məqalə və metodik vəsaitlərin, həmçinin “Türkçülüyün üçlü formulu: nəzəri və tarixi aspektləri” adlı monoqrafiyanın da müəllifidir.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox