Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-21 17:02:57
Azərbaycan təhsilin vacib istiqamətləri üzrə xeyli irəlilədi – Beynəlxalq reytinq göstəricisi

 Dünya İqtisadi Forumu tərəfindən ötən həftə yayılan "Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatında Azərbaycan ötənilki göstərici ilə müqayisədə 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutub.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil nazirinin müşaviri Elnur Məmmədov şəxsi facebook səhifəsində yazıb. 

O, Azərbaycanın təhsil görtəricilərinin ötən illə müqayisədə daha da artdığını qeyd edib. 

“Təhsilin kəmiyyət və keyfiyyət göstəricilərini ölçən "Bacarıqlar" (“Skills”) kateqoriyası üzrə Azərbaycan bu il 6 pillə irəliləyərək 48-ci yerdə, “Innovasiya bacarığı” (“İnnovation Capability”) üzrə isə bu il 3 pillə irəliləyərək 68-ci yerdə qərarlaşıb. Belə ki, "Bacarıqlar" kateqoriyasının tərkib hissəsi olan işçilərin peşəkar inkişafı göstəricisi üzrə Azərbaycan 22 pillə irəliləyərək 34-cü, peşə təhsilinin keyfiyyəti göstəricisi üzrə 6 pillə irəliləyərək 43-cü, bacarıqlı işçiləri tapmaq asanlığı göstəricisi üzrə 2 pillə irəliləyərək 29-cu yerlərdə qərarlaşıb.

Tədrisdə tənqidi düşüncə göstəricisi üzrə isə ölkəmiz 7 pillə irəliləyərək 20-ci yerdədir.

“İnnovasiya bacarığı” kateqoriyasında Azərbaycan beynəlxalq müştərək ixtiralar üzrə 3 pillə irəliləyərək 96-cı, elmi nəşrlər üzrə 3 pillə irəliləyərək 105-ci, patent ərizələri üzrə 3 pillə irəliləyərək 105-ci, elmi-tədqiqat institutlarının qabaqcıllıq indeksi üzrə isə 8 pillə irəliləyərək 78-ci yerlərdə qərarlaşıb”.