Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-11 15:27:00
“Toyota”nın qalib seçdiyi 3-cü sinif şagirdi: “Gələn dəfə, uçan maşın hazırlayacağam”  

“Toyota” şirkətinin keçirdiyi bu layihə haqda eşitdikdən sonra, iştirak etmək qərarına gəldim. Belə nəticə göstərməyi çox  istəsəm də, gözləmirdim”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Kənan Arzumanov  deyib.

63 saylı tam orta məktəbin III sinif şagirdi olan Kənan, çəkdiyi şəkillə “Toyota” şirkətinin keçirdiyi layihədə qalib olub.

“Bu, mənim üçün çox sevindirici idi”

Lap kiçik yaşlarından maşınla maraqlanan həmsöhbətimiz, nəticəsi ilə bağlı təəssüratlarını bizimlə bölüşdü:

“Lap kiçik yaşlarımdan həmişə maşınlara marağım olub. “Toyota” şirkətinin keçirdiyi bu layihə haqda eşitdikdən sonra, iştirak etmək qərarına gəldim. Belə nəticə göstərməyi çox  istəsəm də, gözləmirdim. Bu, mənim üçün çox sevindirici idi.

Çəkdiyim şəkil seçildikdən sonra biz Yaponiyanın 3 şəhərini gəzdik. Orda “Toyota” şirkəti və muzeyində olduq”.

 “Gələn dəfə, uçan maşın hazırlamaq fikrim var”

Gələcəkdə uçan maşın hazırlamaq istəyən  Kənan, eyni zamanda rəsm, şahmat və musiqi ilə də məşğul olur:

“Çəkdiyim şəkil əsasında həqiqi avtomobilin hazırlanması çox gözəldir. Bu işlərə indi də davam edirəm. Gələn dəfə uçan maşın hazırlamaq fikrim var. Bunun üzərində işləyirəm.

Nəticəmdə, müəllimlərimin də dəstəyi böyük oldu. Həmin mərkəzdə mən şahmat, rəsm, vokal dərslər də alıram”.