Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-01 13:30:00
Dövlət İmtahan Mərkəzi birinci oldu

Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət orqanlarının və digər qurumların internet informasiya resurslarından istifadə üzrə 2019-cu ilin üçüncü rübünün statistikasını açıqlayıb.

AzEdu.az xəbər verir ki, 2019-cu ilin 3-cü rübü üzrə dövlət orqanlarının və digər qurumların rəsmi internet resurslarından istifadəçilərin sayına görə Dövlət İmtahan Mərkəzinə məxsus internet domenləri (tqdk.gov.az və dim.gov.az) ilk sıralarda qərarlaşıb. Belə ki, tqdk.gov.az domeni həm toplam, həm də unikal giriş sayına görə 1-ci yerdədir. Dim.gov.az domeni isə unikal giriş sayına görə “tqdk.gov.az”dan sonra ikinci, toplam giriş sayına görə 3-cü pillədə qərarlaşıb. Ümumi siyahı ilə buradan tanış ola bilərsiniz