![](https://azedu.az/uploads/news/2018/05/vikipediya.jpg)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzi könüllülərinin Şəms Tərcümə Mərkəzi ilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) aid bir sıra məqalələr müxtəlif dillərə çevrilib.
AzEdu.az xəbər verir ki, MEK-in sərbəst elektron resurslar şöbəsinin müdiri Elnur Eltürk AZƏRTAC-a bildirib ki, yetmişdən çox məqalə başqa dillərə tərcümə olunaraq müxtəlif “Vikipediya”larda yerləşdirilib. Bununla da tarixi şəxsiyyətlərimiz haqqında məlumatların daha geniş yayılması təmin edilib. Könüllülərimiz Azərbaycan dilində fəaliyyət göstərən “Vikipediya”ya töhfə verməkdə davam edirlər. Onlar tərəfindən Azərbaycan dilində 250-dən çox məqalə yaradılıb və ya əsaslı redaktə olunub. İyunda “AXC-100 Vikipediyada” mövzusunda tədbir keçirməyi planlaşdırırıq. Tədbirdə “Vikipediya”da yerləşdirilən və redaktə olunan məqalələr barədə məlumat veriləcək. Sərbəst elektron resurslar şöbəsinin əməkdaşları və könüllü vikiçilər öz üzərlərinə düşən işi məsuliyyətlə yerinə yetirir, elmi mənbələrdən daha dolğun istifadə məqsədilə AMEA-nın müxtəlif qurumları ilə çalışırlar.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)