Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-21 14:10:00
Kompüterdə işləyənlər üçün qaməti düzəltməyə kömək edən sayt yaradılıb

İnformasiya texnologiyalarının həyatımızın bir parçasına çevrildiyi bir vaxtda  onların insana vurduğu zərər də danılmazdır. Kompüter istifadəçiləri müəyyən bir vaxtdan sonra baş, boyun, bel ağrıları, gözlərdə yaşarma, qızarma, əldə gizildəmə kimi problemlərlə üzləşirlər.

 Bu baxımdan rusiyalı Olesya Çernyavskaya tərəfindən təqdim olunan yeni sayt öz qamətinə görə narahat olan və kompüter arxasında çox vaxt keçirən insanlara kömək edəcək.

 www.belta.by saytının məlumatında bildirilir ki, Olesya Çernyavskaya şəbəkədə veb-kamera ilə birlikdə işləyən səhifə yaradıb. Obyektiv kompüter arxasında insanın vəziyyətini qeydə alır və o, düz oturmadıqda bütün səhifə bulanıq görünür. Kamera reaksiya verir  və  istifadəçinin qaməti düzəldikdə saytın aydınlığı geri qayıdır.

 Olesya saytın necə işlədiyini “Twitter”də göstərib. Qeyd edək ki, yeni sayt istifadəçilər tərəfindən bəyənilib. Əksəriyyət layihəni inkişaf etdirməyi və böyük şirkətlərlə işləməyi məsləhət görüblər. Olesya isə bunun məhsul deyil, hobbi olduğunu bildirib.

 Samirə KƏRİMOVA (Azərbaycan müəllimi)