Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-19 13:41:35
Orta ixtisas təhsili müəssisələrinin sayı kəskin azalır - SƏBƏB  

Son 2 ildə ölkəmizdəki orta ixtisas təhsili müəssisələrinin sayında zalma müşahidə olunur.

AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar Dövlət Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub.

Göstəricilərə diqqət yetirdikdə məlum olur ki, ötən tədris ilində ölkə ərazisində 56, 2017-ci ildə isə 55 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərib. 2018-ci ildə fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrindən cəmi 3-ü özəl sektora məxsus olub. Amma bu rəqəmlər əvvəlki illərlə müqayisədə orta ixtisas təhsili müəssisələrinin sayında azalma olduğunu göstərir. 2000-ci ildə ölkəmizdə 71, 2010-cu ildə 62, 20015-ci ildə isə 61 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərib.

Orta ixtisas təhsili müəssisələrinin sayında kəskin azalma 2017-ci ildə müşahidə olunub.

Ötən tədris ilində 51741 tələbə təhsil alıb. Statistik göstəricilərin əks etdirdiyi maraqlı faktlardan biri də budur ki, illər keçdikcə orta ixtisas təhsili müəssisələrinin sayı azalsa da, orada oxuyan tələbələrin sayı artmaqdadır. Göstəricilərdən aydın olur ki, bu təhsil müəssisəsində oxuyan qadınların sayı kişiləri üstələyir.

Qeyd edək ki statistik göstəricilərin qeyd etdiyi tələbə sayı həm dövlət, həm də özəl sektora aid orta ixtisas təhsili müəssisələrini nəzərdə tutur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları