Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-08 12:50:00
Ötən tədris ilində ən çox məktəb sayı bu rayonda müşahidə edilib

2018/2019-cu tədris ilində ən çox məktəb sayı Ağdamda müşahidə edilir.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Ağdam rayonunun tabeliyində 130 məktəb var. Məktəb sayına görə sonrakı yerlərdə isə Cəlilabad (111 məktəb), Kəlbəcər (109 məktəb), Quba (107 məktəb), Laçın (100 məktəb), Şəki (92 mətəb), Masallı (92 məktəb), Xaçmaz (88 mktəb), Lənkəran (86 məktəb) və Tovuz rayonu (82 məktəb) qərarlaşıb.

Məlumatda qeyd edilib ki, ölkə üzrə ən az məktəb sayı Naftalandadır (3 məktəb). Respublika üzrə ən az məktəb sayı olan 10 bölgə aşağıdakılardır: Səbail rayonu – 18 məktəb; Şuşa rayonu – 18 məktəb; Şirvan şəhəri – 16 məktəb; Xızı rayonu - 14 məktəb; Kəngərli rayonu – 12 məktəb; Xocalı rayonu – 12 məktəb; Xocavənd rayonu – 12 məktəb; Pirallahı rayonu – 6 məktəb; Sədərək rayonu – 4 məktəb; Naftalan şəhəri – 3 məktəb.