Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-02 16:34:51
“Son 5 il ərzində 7 min tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsildən imtina edib" - KAMRAN ƏSƏDOV

 

“Təhsil haqqına görə universitetdən qovulanların geri qayıtması təmin olunmalıdır”

Türkiyə hökuməti bu yaxınlarda maraqlı yeniliyə imza atıb. Belə ki, hökumət təhsil haqqına görə universitetdən uzaqlaşdırılanların müəyyən güzəştlərin müqabilində yenidən universitetə bərpa olunmasına icazə verib.

Türkiyədəki məlum praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğun olarmı?

AzEDU.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında  təhsil eksperti Kamran Əsədov Azərbaycanda bu məsələnin qanunla tənzimləndiyini, lakin Türkiyədən fərqli olaraq ölkəmizdə universitetə bərpa edilən tələbələrə təhsil haqql məsələsində güzəşt edilmədiyini vurğulayıb:

“Son 5 il ərzində 7 min tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsildən imtina edib. Bu, olduqca ciddi bir rəqəmdir. Cənab İlham Əliyevin 2013-cü ildə imzaladığı sərəncama görə, təhsil əlçatan olmalıdır. Hər kəsin təhsil almasına imkan yaartmaq lazımdır. Azərbaycanda bu məsələ qanunvericiliklə tənzimlənib. Kimsə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsildən uzaqlaşıbsa, 2016-cı ildən etibarən Təhsil Nazirliyinin müvafiq portalına, təhsil nazirinə müraciət edərək təhsilinə qaldığı yerdən davam edə bilər. Türkiyədə bununla bağlı qanunvericilik aktı olmadığı üçün onlar məhz əlamətdar günlərlə bağlı amnistiya xarakterli iş görürlər. Azərbaycanda isə təhsil haqqına, ailə vəziyyətinə, yaşayış yerini dəyişdiyinə görə təhsilini yarımçıq qoyan şəxslərin təhsillərinə qayıtması halı qanunvericilikdə nəzərdə tutulur. Hər kəs istədiyi zaman təhsilə geri qayıda bilər. Türkiyə ilə müqayisədə fərq ondan ibarətdir ki, bu cür şəxslərə bir illik təhsil haqqını ödəmələrində güzəşt tətbiq edilir. Azərbaycanda isə tələbələrə təhsil haqqının ödənməsində bərpadan sonra belə hər hansı güzəşt tətbiq edilmir. Hesab edirəm ki, tələbələrin təhsil haqlarını hissə-hissə ödəməsinə şərait yaratmalı, güzəştli kredit şərtləri ilə onların yenidən təhsilə qayıtmasını həyata keçirməliyik”.