
İmtahanda iştirak edənlərin nəticələrinin onların ixtisaslarının aid olduğu ixtisas (proqram) qrupları üzrə statistik göstəricilər təqdim edilib.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə aprelin 22-də keçirilmiş test imtahanında iştirak üçün qeydiyyatdan keçmiş (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının keçirdiyi qəbul imtahanları nəticəsində ali təhsil müəssisələrinə qəbul olmuş) 1490 namizəddən 658 nəfər (44.2%) uğur əldə edib. Aşağıda bu imtahanda iştirak edənlərin nəticələrinin onların ixtisaslarının aid olduğu ixtisas (proqram) qrupları üzrə statistikasını təqdim edirik:
İxtisas qrupları üzrə məlumat
İxtisas qrupları | Qeydiyyatdan | Test imtahanında uğur | Faizlə |
Təhsil | 136 | 63 | 46.3% |
Humanitar və sosial | 364 | 155 | 42.6% |
Mədəniyyət və incəsənət | 16 | 7 | 43.8% |
İqtisadiyyat və idarəetmə | 592 | 271 | 45.8% |
Təbiət | 105 | 50 | 47.6% |
Texniki və texnoloji | 194 | 70 | 36.1% |
Kənd təsərrüfatı | 39 | 23 | 60% |
Səhiyyə, rifah və xidmət | 44 | 19 | 43.2% |
Yekun | 1490 | 658 | 44.2% |
İxtisas qrupları üzrə qeydiyyatdan keçən namizədlərin sayı daha çox olan ixtisaslar haqqında məlumat
İxtisas qrupları və ixtisas | Qeydiyyatdan | Test imtahanında | Faizlə |
Təhsil - Tarix müəllimliyi | 15 | 9 | 60% |
Humanitar və sosial – Hüquqşünaslıq | 78 | 39 | 50% |
Mədəniyyət və incəsənət – Ədəbi yaradıcılıq | 2 | 1 | 50% |
İqtisadiyyat və idarəetmə - İqtisadiyyat | 92 | 46 | 50% |
Təbiət – Ekologiya | 19 | 9 | 47.4% |
Texniki və texnoloji - İnformasiya texnologiyaları | 20 | 7 | 35% |
Kənd təsərrüfatı - Torpaqşünaslıq və aqrokimya | 5 | 3 | 60% |
Səhiyyə, rifah və xidmət - Sosial iş | 18 | 11 | 61.1% |
Qeyd: 1. Ali təhsil ixtisası iqtisadiyyat və idarəetmə ixtisasları qrupuna aid namizədlərin (592 nəfər) faiz göstəricisi imtahanda iştirak üçün qeydiyyatdan keçənlərin sayına (1490 nəfər) nisbətdə 39.7% təşkil edir.
2. Ali təhsil ixtisası mədəniyyət və incəsənət ixtisasları qrupuna aid namizədlərin (16 nəfər) faiz göstəricisi imtahanda iştirak üçün qeydiyyatdan keçənlərin sayına (1490 nəfər) nisbətdə təxminən 1.1% təşkil edir.
kitabı







