Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-20 13:19:00
Məktəblilər üçün “güllə keçirməz” çantalar satılır

Rəngli qələm, kley, karandaş, dəftər və s. məktəb qabağı alınacaq ləvazimatlardır. Amerikada isə bu siyahıya  güllə keçirməz çantalar da  əlavə olunub.  

Son illər məktəb və digər ictimai yerlərdə  silahlı hücumların sayında artımla bağlı hökumətin heç bir addım atmaması ABŞ-da mübahisələr səbəb olub. Bu mübahisələrə güllə keçirməz çantalar da əlavə edilib.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, güllə keçirməz çantaların mağaza ətrafındakı şəkilləri bir istifadəçi tərəfindən sosial şəbəkələrdə paylaşıldıqdan sonra böyük əks-sədaya səbəb oldu.

Şəxsi müdafiə məhsulları ilə tanınan marka “Guar Dog Security”in ProShield məktəbli çantaları da Amerikanın məşhur məktəbli mağazalarında yerini alıb.

Çantanın istehsalçı firması “Skyline”nın qurucusu Yasir Sheikh istehsal etdikləri məhsulun məşhur olduğunu deyir. Bu çantalara valideynlərin münasibəti də pis deyil.

Məktəb çantası formasında istehsalı birinci dəfə olsa da güllə keçirməz çantalar uzun illər istifadə edilib.  

On ildən artıq professional güllə keçirməz çanta istehsal edən “Bullet Blocker”in qurucusu Joe Curran son bir neçə ildə satışlarının 200% artdığını deyir

“Məktəblər açılmadan məhsullarımızın çoxunu valideyn, müəllim və şagirdlərə satırıq”.