Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-01 12:20:00
Bakıda Türkiyənin yüksək vəzifəli dövlət qulluqçuları üçün təlim keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) bu ali məktəb ilə Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu arasında imzalanmış Anlaşma Protokolu çərçivəsində birgə yaradılmış “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”ndə Türkiyənin yüksək vəzifəli dövlət qulluqçuları üçün təlim-seminar keçirilib.

AzEDU.az xəbər verir ki, müvafiq nazirliklərin və digər qurumların yüksək vəzifəli dövlət qulluqçularının iştirak etdikləri tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərovun “Davamlı və inklüziv inkişaf üçün səmərəli idarəetmə: Azərbaycan təcrübəsi” mövzusunda məruzəsi dinlənilib.

Akademik U.Ələkbərov ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, zəngin dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.

Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışan rektor Azərbaycanın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Sonra digər mövzularda məruzələr dinlənilib.