Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-18 12:25:00
“Elmi dərəcə, ad almaq isə artıq adi hala çevrilib” – Etibar Əliyev  

“Təqaüd yaşına çatıb, vəzifədən uzaqlaşdıqda illərlə zəbt etdikləri kafedralarda otururlar”.

Bu haqda təhsil üzrə ekspert Etibar Əliyev şəxsi “Facebook” hesabında paylaşım edib. O, vəifəli şəxslərin universitetlərdə kafedra müdiri vəzifəsi tutmalarına narazılığını bildirdi:

“Vəzifəli şəxslərin, ali məktəblərdə kafedra müdiri vəzifələrini tutmalarına son qoymaq lazımdır. Bu sui-istifadədir. Çoxunun elmi yeniliklərdən xəbəri yoxdur. Hələ üstəlik dərslərini də başqaları deyir.

Təqaüd yaşına çatıb, vəzifədən uzaqlaşdıqda illərlə zəbt etdikləri kafedralarda otururlar. Oralar asudə vaxt keçiriləcək məkan deyil. "Elmi etika", Avropa və Amerika Elminin əsas anlayışlarından biridir. Bizdə isə elmə etinasızlıq tüğyan edir. Bu məsələ ciddi müzakirə olunmalıdıdır”. 

Etibar Əliyev sonda, vəzifəli şəxslərin elmi ad almaları məsələsinə də toxunub:
“Ölkədə bir nəfərin bir neçə vəzifə tutması dəb halını alıb. Vəzifəlilər onları  bir-birindən fərqləndirən kriteriyaya çevrilib. Elmi dərəcə, ad almaq isə artıq adi hala çevrilib”.