Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-27 17:10:00
Tələbələrdən qaçqın uşaqlar üçün möhtəşəm addım

Jurnalistika fakültəsinin tələbələri “Uşaq kimi bax” adlı sosial layihə həyata keçirib.

AzEDU.az xəbər verir ki, İzmir Ekonomik Universitetinin Jurnalistika fakültəsini dekanı təbələrlə birlikdə bu layihənin üzərində işləyib. Layihənin əsas məqsədi dünyada qaçqın uşaqlara qarşı olan zorakılıq hallarının,  laqeydliyin aradan qaldırılması, onlara bərabər hüquqların verilməsidir.

Ölkələrindəki müharibə səbəbilə İzmirə köç edən ailələrin uşaqları ilə əlaqə yaratdıqlarını deyən layihə iştirakçısı Engin Alp Erkısa “Uşaq  kimi bax” layihəsi vasitəsilə onlar  arasındakı din, irq və dil ayrıseçkiliyinin qarşısını almağa çalışdıqlarını bildirib:

“Türkiyədə və digər ölkələrdəki suriyalı uşaqlara qarşı olan aqresiyanın qarşısını almağa çalışırıq. Bu layihədən əvvəl mənə yaxınlaşıb salfet satan uşaqlara fərqli gözlə baxırdım. “Uşaq kimi bax” layihəsi ilə özümüzün belə fərqində olmadan biruzə verdiyimiz nifrəti aradan qaldırmaq istəyirik. Dizayn fakültəsinin tələbələri ilə birgə uşaqlar üçün geyim dizayn emalatxanası açmışıq. Burada uşaqlar rəsmlə məşğul olur. Müharibədən təsirləndikləri onların rəsmlərində belə hiss olunur. Uşaqların xoşbəxtliyinə səbəb olmaq bizi çox sevindirir. Məktəbli uşaqlarla bir sıra başqa layihələr keçirməyi  də planlaşdırırıq”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları