Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-05 11:44:58
Universitetlərə imtahansız qəbul olmaq istəyənlərin sayı durmadan artır-Son rəqəm  

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən 7.942 subbakalavr ərizəsini təsdiq edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

İyulun 5-i saat 11:20-ə qədər olan məlumata əsasən,   7.942 subbakalavr ərizəsini təsdiq edib.

Xatırladaq ki, elektron ərizələrin qəbulu 2019-cu il iyunun 13-dən iyulun 17-dək (V ixtisas qrupu üzrə iyunun 13-dən 27-dək ) internet vasitəsilə aparılır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları