Azedu.az

Şagird məktəbin bufetində qidadan zəhərləndi

26 Aprel 2018, 10:48
Şagird məktəbin bufetində qidadan zəhərləndi

Ağsu rayonunda məktəbdə qidadan zəhərlənmə faktı baş verib. 

AzEDU.az APA-ya istinadən xəbər verir ki, Ağsu şəhər 2 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Nəsibov Əzizağa Vüqar oğlu məktəbin bufetində satılan qablaşdırılmış quru çörəyi alıb yedikdən sonra zəhərlənib.

O, təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox