"Şirməmməd Hüseynov çox arzulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini görsün. Təbii ki, arzusuna çatdı".
AzEdu.az-ın məlumatına görə, bunu Bakı Dövlət Universitetin (BDU) rektoru Elçin Babayev mərhum Şirməmməd Hüseynovla keçirilən vida mərasimində deyib.
O vurğulayıb ki, Şirməmməd Hüseynov yüzlərlə jurnalistin ustadı olub:
"O, Azərbaycan və azərbaycançılıq ideologiyasının carçılarından idi. Azərbaycan dövləti Şirməmməd müəllimin zəhmətini hər zaman qiymətləndirib. Şirməmməd müəllim özündən sonra heç zaman unudulmayan bir tarixi iz qoydu. Allah rəhmət eləsin".