Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-26 09:54:48
Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlər bu gün müsahibə verirlər

Bu gün ümumitəhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən müsahibələr keçirilir.

AzEdu.az xəbər verir ki, müsahibələrdə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək zəruri keçid balını toplayan, tutulmayan və ya yeni yaranan vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilən müəllimlər iştirak edə bilər.

Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan müəssisələrə fizika, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə keçid balı 42, musiqi fənni üzrə 30, həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələrə fizika, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə keçid balı 36, musiqi fənni üzrə isə 24 bal müəyyənləşdirilib. Digər fənnlər üzrə keçid balları müvafiq olaraq 36 və 48 bal müəyyən edilib.