Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-25 17:53:59
Dünyanın ən qeyri-adi bağçası – Buradakı uşaqlar sanki nağıllar dünyasındadırlar

Dünyanın  ən  yaxşı  uşaq  bağçası  sayılan  Fuji bağçasında uşaqlar sözün əsl mənasında, sehrli məkanda təhsil alırlar.  Bağça Yaponiyanın paytaxtı Tokioda yerləşir. Tezuka Arxitektura Mərkəzi tərəfindən inşa edilən binanın oval damı uşaqlar üçün oyun  meydançası  olmaqla  yanaşı,  ağaclar da  birbaşa  sinif otaqlarına açılır. Bu məktəbəqədər təhsil müəssisəsi  dairə şəklində hazırlanıb.

Uşaqların sərbəst olacağı bağça necə dizayn olunmalıdır?

Takaharu Tezuka binanı dizayn edərkən bir uşaq kimi düşündüyünü deyir:

"İndi qızım və oğlum on iki və on doqquz  yaşına çatıblar. Uşaqlarım böyüdükcə onların vərdiş  və istəkləri, mənim öz  vərdiş və istəklərimə çevrilib. Bu səbəblə də uşaqlarımın  arzularını gerçəkləşdirməyə  başladım”.

AzEdu.az  dünyanın ən maraqlı  bağçasının   fotolarını  təqdim edir: