Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-22 15:21:00
İmtahan həyəcanını azaltmağın konkret üsulları -VİDEO

Sabah – iyunun 23-də I və IV qrup ixtisasları üzrə qəbul imtahanı keçiriləcək. İmtahan abituriyentlər çox həyəcanlanır, lazımsız psixoloji gərginlik yaşayır, təlaş keçirirlər. Bu isə onların sınaqda daha zəif iştirakına, daha az bal toplamasına səbəb olur. Sonradan da məyusluq və pərişanlıq yaşanır.

İmtahanda həyəcanı azaltmaq üçün nələr etmək lazımdır? Bu sualı klinik psixoloq Vüsal Alquliyevlə araşdırmışıq. Onun sözlərinə görə, həyəcanı məhv edən ən önəmli faktorlardan biri diqqəti ayrı yerə yönəltməkdir. Bir sözlə, həyəcanı görməzdən gəlmək lazımdır. Məsələn, diqqəti ətrafdakı əşyalardan birinə yönəltmək, ürəyində o əşyanın funksiyalarını sadalamaq lazımdır.

“Məsələn, imtahan otağında lövhəyə baxırsan. Fikirləşirsən ki, bu lövhədir, materialı taxtadandır, nə üçündür? Əlbəttə, onun üzərində yazı yazırlar. Kim yaza bilər, lövhədən ayrı nələr üçün istifadə olunur və s kimi suallarla diqqətini imtahan həyəcanından uzaqlaşdırırsan”.

Psixoloq həyəcanı azaltmaq üçün nəfəs texnikası da təqdim edir.

Video müsahibə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.