Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-19 16:55:51
Ali məktəblərə imtahansız qəbul olunacaq abituriyentlərin sayı açıqlandı

Azərbaycanın ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunacaq abituriyentlərin sayı açıqlanıb.

AzEdu.az-ın  xəbərinə görə, 2018-2019-cu tədris ilində respublika fənn olimpiadalarına 30 000-dən çox şagird qatılıb.

Olimpiadanın nəticələrinə əsasən, 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc olmaqla ümumilikdə 299 nəfər qalib elan edilib. 

Beləliklə, 299 nəfər ali məktəblərə imtahansız qəbul olunmaq hüququna sahibdirlər.

Xatırladaq ki, “Təhsil haqqında” Qanuna edilən yeni dəyişikliklərə əsasən, beynəlxalq və ya respublika fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları