https://www.zirve.edu.az/
17.06.2019 11:39
Altı mindən çox bakalavr ixtisaslaşma seçimi edib -Magistratura imtahanları
Çap et

 

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bakalavrların ixtisaslaşma seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, iyunun 17-si saat 10:40-a olan məlumata görə, ümumilikdə 6381 nəfər (Azərbaycan bölməsi üzrə 5874, rus bölməsi üzrə 507) ixtisaslaşma seçimi edərək ərizəsini təsdiqləyib.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi iyunun 18-dək aparılacaq.

“Magistr” jurnalının bu il nəşr olunan 4 nömrəli buraxılışının 42-ci səhifəsində Bakı Ali Neft Məktəbinə qəbul üçün 248116 kodlu Biznesin idarə edilməsi (MBA proqramı üzrə) ixtisası Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə ikili diplom proqramı olaraq göstərilib. Həmin ixtisas üzrə təhsil ingilis dilindədir və proqramı müvəffəqiyyətlə bitirən hər bir tələbəyə yekunda yalnız Bakı Ali Neft Məktəbinin diplomu verilir.