Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-15 20:00:00
Təhsil nazirinin iştirak etdiyi məzun gecəsi yekunlaşdı - Unudulmaz tədbirdən REPORTAJ

İyunun 15-də Bakı Konqres Mərkəzində Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gələcəyə doğru” adlı məzun gecəsi keçirilib. 

Tədbirdə Təhsil naziri Ceyhun Bayramov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və digər şəxslər iştirak ediblər.

Ceyhun Bayramov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın məzunlara təbrik məktubunu iştirakçıların diqqətinə çatdırıb.

Məzun gecəsinə Bakı, Sumqayıt və Abşeron məktəblərinin əlaçı  şagirdləri qatılıb. Məzunlar gələcəklə bağlı planlarını və təəssüratlarını azedu.az-la bölüşüb.

AzEdu.az məzun gecəsindən hazırlanan videonu təqdim edir: