AzEdu.az xəbər verir ki, magistrantların dissertasiya işlərinin müdafiəsi üçün AMEA prezidentinin 7 may 2019-cu il tarixli sərəncamına əsasən 12 Müdafiə Şurası yaradılıb.
Müdafiədə ixtisas üzrə tədris planına uyğun nəzəri və təcrübi kursu tam yerinə yetirən və bütün kreditləri toplayan 63 magistrant iştirak edir.
Müdafiələr AMEA-nın müvafiq institutlarında həyata keçirilir.