Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-22 10:28:37
Məktəblilər arasında erkən nikahların sayı azalıb - SON STATİSTİKA

Son 10 il ərzində erkən nikahların nisbəti 15 faiz azalıb.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, UNİCEF-in son hesabatlarında son illər ərzində erkən nikahların əhəmiyyətli dərəcədə azaldığı göstərilir.

Lakin qeyri-rəsmi məlumatlara əsasən, daha əvvəl hər 5 qız uşağından biri erkən yaşlarında evlənirdisə, bu gün bu nisbət hər 4 qızdan birinə aid edilir.

Son 10 il ərzində erkən nikahların azalma nisbəti ən çox Cənubi Asiya ölkələrində müşahidə edilib. Bu bölgədə bir qız uşağının 18 yaşına çatmadan evlənmə faizi 50-dən 30-a enib. Bu azalmanın əsas səbəbi isə Hindistanda erkən nikahlara qarşı aparılan islahatlardır. Qız uşaqlarının təhsilə daha çox cəlb olunmaları, yeniyetmə qızlar üçün yatırılan sərmayələr, erkən nikahların qeyri-qanuni qəbul edilməsi və verdiyi zərərlərlə bağlı güclü ictimai mesajlar bu göstəricilərin səbəblərindəndir.