Azedu.az

Görkəmli dilçi alim Qara Məşədiyevin 80 illik yubileyi qeyd olunacaq

Elmi institut və təşkilatlar

11 May 2019, 16:23
Görkəmli dilçi alim Qara Məşədiyevin 80 illik yubileyi qeyd olunacaq

Mayın 13-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə bu elmi müəssisənin müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi, Milli Məclisin yanında Toponimiya komissiyasının daimi üzvü, filologiya elmləri doktoru, professor Qara Məşədiyevin 80 illik yubileyinə həsr olunan elmi konfrans keçiriləcək.

İnstitutdan  bildirilib ki, konfransda görkəmli alimin həyat və fəaliyyətindən, Azərbaycan dilçilik elminin inkişafında xidmətlərindən söz açılacaq. Həmçinin “Professor Qara Məşədiyev: görkəmli dilçi alim, tanınmış ziyalı və xeyirxah insan”, “Azərbaycan dilçiliyinin qocaman və ləyaqətli nümayəndəsi”, “Professor Qara Məşədiyevin ömrünün 80-ci baharı”, “Dəyərli alim, gözəl insan” mövzularında məruzələr dinləniləcək. (AZƏRTAC)

 

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox