Azedu.az

AMEA-da insan beyninin işi öyrənilir

Elmi institut və təşkilatlar

7 May 2019, 20:34
AMEA-da insan beyninin işi öyrənilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunda biomimetika sahəsində araşdırmalar aparılır. AzEdu.az xəbər verir ki, bu barədə növbəti elmi seminarda məlumat verilib.

Məlumata görə, baş mühəndis, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova biomimetika və onun inkişaf tarixi haqqında məlumat verib.

Bildirib ki, biomimetika texnologiyalarının öyrənilməsi və onların müxtəlif sahələrə tətbiq edilməsi iqtisadiyyatın inkişafında mühüm rol oynaya bilər.

“Biomimetika insan beyninin işini öyrənir, yaddaşın mexanizmini tədqiq edir”, – deyən məruzəçi müvafiq elm sahəsində heyvanların duyğu orqanlarının ətraf mühitə reaksiyasının intensiv olaraq araşdırıldığını da qeyd edib.

Ş.Mahmudova, həmçinin texniki biomimetika bölmələri barədə məlumat verib.

Sonra məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox