Azedu.az

Qafqazşünaslıq İnstitutunda elmi seminar keçirilib

Elmi institut və təşkilatlar

25 Aprel 2019, 21:01
Qafqazşünaslıq İnstitutunda elmi seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun Şimali Qafqaz şöbəsində elmi seminar keçirilib. İnstitutdan AzEdu.az-a verilən məlumata görə, seminarda şöbə müdiri Liliya Mirzəzadə “Rusiyanın Şimali Qafqaz siyasəti” mövzusunda məruzə ilə çıxış edib.

O, çar Rusiyasının “parçala və hökm sür” prinsipi əsasında regionda həyata keçirdiyi strategiyanı mərhələli şəkildə təhlil edib.

“Çeçenistanda etnik-dini şərait” mövzusunda məruzə edən şöbənin elmi işçisi Günay Feyziyeva mövcud etnik kimlik, din, dil problemləri və bu məsələlərə təsir edən daxili və xarici amilləri təhlil edib.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox