Azedu.az

Zoologiya İnstitutunda tədqiqatlar davam edir

Elmi institut və təşkilatlar

25 Aprel 2019, 20:27
Zoologiya İnstitutunda tədqiqatlar davam edir

AMEA-nın Rəyasət Heyəti tərəfindən akademiyanın institutları qarşısında dünya elminə, müasir elmi istiqamətlərə inteqrasiya, o cümlədən multidissiplinar tədqiqatların təşviqi kimi hədəflər qoyulub.

Zoologiya İnstitutundan AzEdu.az-a verilən məlumata görə, bu hədəflərə çatmaq məqsədilə elmi müəssisənin tətbiqi zoologiya mərkəzində “Riyazi biologiya” qrupu yaradılıb. İnstitutun alimləri tərəfindən ilk dəfə olaraq hörümçəkkimilərin trofik rəqabət əlaqələrinin qeyri-xətti diferensial tənliklərlə riyazi modeli qurulub. Model yüksək adekvatlıq göstərib. Əməkdaşların tədqiqat işlərinin nəticəsi olaraq “Hörümçəkkimilərin növlərarası rəqabət münasibətlərinin say dinamikasının riyazi modeli” məqaləsi impakt faktorlu “Riyazi modelləşdirmə” (Matematiçeskoye modelirovaniye) jurnalında dərc edilib.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox