Azedu.az

AMEA-nın iki şöbəsi birləşdirildi – Yeni təyinatlar

Elmi institut və təşkilatlar

25 Aprel 2019, 09:20
AMEA-nın iki şöbəsi birləşdirildi – Yeni təyinatlar

Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

AzEdu.az xəbər verir ki, AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi iclasda bir sıra məsələlərə toxunulub.

Həmçinin, bir neçə yeni təyinatlar həyata keçirilib. Rəyasət Heyətinin qərarları ilə AMEA-nın müxbir üzvü Dadaş Hüseynov Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Yeganə Lətifova isə həmin institutun elmi katibi vəzifələrinə təyin ediliblər.

Bundan əlavə, Rəyasət Heyəti aparatının Hüquq və Kadrlar şöbələri birləşdirilərək Kadrlar və hüququn təminatı şöbəsi adlandırılıb.

 

 

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox