Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-14 09:19:05
Aya yürüş üçün hazırlaşdırılan seçmə şagirdlər – Aralarında türk də var

ABŞ-dakı Kosmos və Raket Mərkəzində 35 ölkədən 325 məktəblinin iştirak etdiyi düşərgə təşkil olunub.

AzEDU.az xarici mediasına istinadən xəbər verir ki, 24 fevral – 9 mart tarixlərində xüsusi dərslər alan şagirdlər elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində özlərini inkişaf etdirdikdən sonra astronomlarla bir araya gəliblər. Layihənin keçirilməsində məqsəd 16-18 yaşlarında olan gənclərin elm, texnologiya, mühəndislik və riyaziyyat sahəsindəki bacarıqlarını üzə çıxarmaq və inkişaf etdirməkdir.

Layihə Amerikanın Huntsville vilayətində baş tutub. Burada iştirak edən şagirdlər raket modellərinin dizaynı, inşa olunması və sınaqdan keçirilməsi, kodaşdırma proqramları, Ay yürüşlərinə və digər elmi təcrübələrə qatılacaqlar. Layihədə şagirdlərdən başqa elm xadimləri, mühəndislər və astronomlar iştirak edəcəklər. Maraqlıdır ki, məktəblilərin içərisində bir türkiyəli şagird də var. İstanbuldan olan məktəbli Selin Turhan gələcəkdə pilot olmaq istədiyini bildirib:

 

“Düşərgənin ilk günü qruplara bölündük. Hər komandaya riskli vəziyyətlərdə təcili qərar vermək, raket düzəltmək və proqramlaşdırmaq, mühəndislik və kodlaşdırma ilə bağlı təlimatlat verilib. Bunlar mənim pilot olmaq arzum ilə uyğun gəldiyinə görə özümü çox şanslı hesab edirəm. Düşərgə nəticəsində gələcək peşəmdən bir daha əmin oldum. Bu dəstək üçün Honeywellə təşəkkür edirəm”.

 

Qeyd edək ki 2010-cu ildən bəri Honevel iştirakçılarının 2 091-nə təqaüd verilib. Türkiyəli şagird də onlardan biridir. Bu məktəblilərin 65%-nin gələcəkdə hələ mövcud olmayan sahələrdə çalışacaqları bildirilib. Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları