Azedu.az

Gənc alimlərin ev problemi həll olunacaqmı? –“Hazırda Saray qəsəbəsində bina tikilir və...”

Elmi institut və təşkilatlar

15 Aprel 2019, 10:08
Gənc alimlərin ev problemi həll olunacaqmı? –“Hazırda Saray qəsəbəsində bina tikilir və...”

 “2009-cu ildə  Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilib. Bu qanuna əsasən, iş yerində mənzil qeydiyyatı və bölüşdürülməsi nəzərdə tutulmayıb.

Gənc alimlərə ev vermək üçün gərək Respublika qanunvericiliyində qərarlar qəbul edilsin”.

Bunu AzEdu.az-a açıqlamasında AMEA-nın İşlər İdarəsinin müdir müavini Sərdar Əliyev deyib.

Qeyd edək ki, AMEA-da çalışan  gənc alimlərin mənzillə təmin olunma və sosial vəziyyətlərinin yaxşılaşdırılması  məsələsi uzun illərdir, müzakirə edilir. Lakin öz həllini tapmayan mənzil problemi artıq bir müddətdir unudulub.

Müdir müavinin sözlərinə görə, hazırda Saray qəsəbəsində tikilən kooperativ binaya gənc alimlərin cəlb olunması nəzərdə tutulub:

“2009-cu ildə  Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilib. Bu qanuna əsasən, iş yerində mənzil qeydiyyatı və bölüşdürülməsi nəzərdə tutulmayıb.

Gənc alimlərə ev vermək üçün gərək Respublika qanunvericiliyində qərarlar qəbul edilsin. Yoxsa Elmlər Akademiyası ev verməklə məşğul deyil.

Hazırda Saray qəsəbəsində tikilən kooperativ binaya gənc alimlərin cəlb olunması nəzərdə tutulub”.

AMEA-nın Gənclər Şurasının Sədri Famin Salmanov isə məsələnin AMEA rəhbərliyinin  diqqətində olduğunu qeyd edir:

“Saray qəsəbəsində alimlərin yaşaması üçün şəhərcik tikilir. Gənclər üçün burada yer ayrılıb. Əgər ipoteka krediti ayrılsa, gənc alimlər bu evdən yararlana biləcək. Ümid edirik ki, yaxın zamanlarda gənc alimlər bu istəklərinə çatacaqlar”.

Şükufə Süleymanlı

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox