Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-12 05:00:09
Elmi işlə məşğul olan, müəllimlik edən dövlət başçıları

Dünya dövlətlərindən bəzilərinin sabiq, bəzilərinin isə hazırki başçıları elmi və pedaqoji fəaliyyətlə məşğul olublar. Aralarında professor elmi dərəcəsini alanlar da var.

AzEDU.az elmi işlə məşğul olan, müəllimlik edən sabiq və hazırki dövlət başçılarını təqdim edir:

1.jpg

Qurbanqulu Berdiməhəmmədov - (Türkmənistan prezidenti). 1979-cu ildə Türkmənistan Dövlət Tibb İnstitutunun öncə Stomatologiya fakültəsini, daha sonra isə  aspiranturasını bitirib. Tibb elmləri namizədidir. Əmək fəaliyyətinə 1980-ci ildə həkim-stomatoloq kimi başlayıb.

1990-1995 illərdə adıçəkilən institutda Terapevtik stomatologoya kafedrasının assistenti, dosent, Türkmən Dövlət Tibb İnstitutunun isə Stomatologiya fakültəsinin dekanı kimi çalışıb.

1 fevral 2007 il tarixində keçirilmiş prezident seçkilərində 89,23% səsləri toplayaraq qalib gəlib;

2.jpg

Angela Merkel – Almaniya kansleri. Uşaqlıq çağında hər zaman böyüyəndə müəllimə olmağı arzulayıb. Orta məktəbdə oxuduğu vaxt gələcək kanslerin ən çox sevdiyi fənnlərdən biri də rus dili olub. 1968-ci ildə 14 yaşlı Angela Almaniya Demokratik Respublikasında rus dili üzrə keçirilən ümummilli olimpiyadada qalib gəldiyi üçün  Moskvaya gəlmək şansı qazanıb.

1973-1978-ci illərdə Leyspiq Universitetində fizika ixtisası üzrə təhsil alıb. 1978-90-cı illərdə Berlin Adlerşof  Elmlər Akademiyasının Mərkəzi Fizika və Kimya İnstitutunda təhsilini davam etdirib. Kvant kimyası istiqamətində araşdırmalar apararaq, alimlik dərəcəsi alıb. Bundan sonra da həmin istiqamətdə fəaliyyətini davam etdirib, bir neçə elmi məqalə də yazıb;

3.jpeg

Castin Trüdo (Kanadanın baş naziri) -  Kanadanın 23-cü baş naziri olan Castin, həm də Liberal Partiyanın rəhbəridir.

Kanadanın ikinci ən gənc baş naziri və eyni zamanda keşmiş baş nazir Pierre Trüdonun  böyük oğludur. Trüdo1971-ci ildə, Ottavada dünyaya gəlib. Təhsilini ilk olaraq, fransızdilli kollecdə alıb. 1994-cü ildə Mak Gill Universitetini,  1998-ci ildə isə Britaniya Kolumbiyası Universitetini bitirib. Hazırda isə Montreal Universitetində təhsilini davam etdirir. İkincı ali təhsilini başa vurduqdan sonra Britaniya Kolumbiyasındakı Vankuver şəhərində müəllimlik edib.

4.jpg

Dmitri Medvedyev – (Rusiyanın baş naziri) Sabiq Rusiya prezidenti, hazırki baş nazir Dmitri Medvedyev hüquq elmləri namizədi, dosentdir. Sankt Peterburq Dövlət Universitetinin Hüquq fakültəsinin fəxri doktorudur. 

Baş nazir  ziyalı ailəsində anadan olub. Atası Anatoli Medvedyev Leninqrad Texnologiya İnstitutunun professoru, anası Yuliya Venyaminova isə Leninqrad Pedoqoji İnstitutunun müəllimi olub. Dmitri ailənin yeganə övladıdır.

Dmitri Medvedyev 1987-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini, daha sonra isə həmin universitetin aspiranturasını bitirib.

Elmi fəaliyyətdə olan dövlət və hökumət başçıları sırasında hər zaman onun da adı çəkilib;

5.jpg

Barak Obama – (Sabiq ABŞ prezidenti). 1983-cü ildə Kolumbiya Universitetini, 1991-ci ildə isə Harvard Hüquq Məktəbini bitirib. O, həm də Harvard Hüquq İcmalı jurnalının redaktoru olan ilk qaradərili amerikalıdır. Hüquq elmi sahəsində hər zaman aktiv fəaliyyəti ilə yadda qalıb. Hətta prezident olduğu müddətdə də mühazirələr oxuyub.

1993-cü ildə Obama həmçinin, Çikaqo Hüquq Universitetinin mühazirəçisi olur və indiyə kimi bu vəzifəni paralel olaraq icra etməkdədir. 

1992-2004-cü illərdə Çikaqo hüquq Elmləri İnstitutunda konstitusiya hüququ fənnindən dərs deyib.

6.jpg

Mahmud Əhmədinejad (Sabiq İran prezidenti). İranın sayca 6-cı dövlət başçısı olan Əhmədinejad prezident seçkiləri əsnasında Tehran bələdiyyəsinin başçısı kimi çalışıb. İxtisasca inşaat mühəndisidir və bələdiyyə başçısı olmamışdan əvvəl İran Elm və Texnologiya Universitetində  müəllim işləyib. Elə özü də ali təhsilini burada alıb. Professor elmi dərəcəsi var.

Məlumatlara əsasən, prezident fəaliyyəti başa çatandan sonra yenidən həmin universitetdə müəllim kimi çalışır.

7.jpg

Corc Buş – (oğul, sabiq ABŞ prezidenti). 2009-cu ildə prezident postunu tərk edərək ailəsi ilə birlikdə Dallasa köçüb. O, burada 790 kvadrat metrlik evi sahəsi və 0,5 hektar torpaq sahəsi əldə edib. Amerikanın “Zillow” portalının məlumatına görə, mülk sabiq prezidentə təxminən 3,5 milyon dollara başa gəlib.

Təqaüddə olan Corc Buş Prezident Kitabxanasını və öz adına Siyasi Tədqiqatlar İnstitutunu təsis edib. O, memuarlar və ödənişli çıxışlardan da pul qazanır. Yəni, dolayısı yolla da olsa, pedaqoji fəaliyyətlə məşğuldur;

8.jpg

Mixeil Saakaşvili – (Sabiq Gürcüstan prezidenti). Odessanın sabiq qubernatoru olan Saakaşvili nisbətən, sakit həyat tərzi yaşamaq qərarına gəlib. O, bu məqsədlə  Niderland Spikerlər Akademiyası ilə əməkdaşlıq haqqında anlaşma əldə edib. Sosial şəbəkə hesablarında sabiq  prezident Avropada olduğu müddətdə təhsil ocaqlarında məruzə oxumaqla pul qazanacağını deyib.

9.jpg

Kondoliza Rays - (ABŞ-ın sabiq dövlət katibi). 1974-cü ildə Denver Universitetinin Siyasət elmləri fakültəsini, bir ildən sonra isə Notrdam Universitetinin magistratura pilləsini bitirib. Rays 1981-ci ildə Denver Universitetində Beynəlxalq münasibətlər üzrə doktorluq işi müdafiə edib.

O, hazırda Sənət və Elm Akademiyasının üzvüdür. Alabama, Notrdam Universitetlərinin və Missisipi kollecinin Hüquq fakültəsinin doktoru adına layiq görülüb.

Stenford Universitetində 6 il ərzində dosentlik işini tamamlayıb. Rays Stenforddakı fəaliyyəti dövründə “Beynəlxalq Təhlükəsizlik və Silahlanmaya Nəzarət Mərkəzi” nin və “Beynəlxalq Fəaliyyət İnstitutu” nun üzvü olmaqla yanaşı, Huver İnstitutunda da işləyib.

Elmin Nuri