Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-11 06:30:28
Tələbələr üçün ən sərfəli, maraqlı ölkələr – REYTİNQ CƏDVƏLLƏRİ

Study.EU beynəlxalq  təhsil müəssisəsi Avropa ölkələri arasında ən çox diqqəti çəkən, yaşayış xərclərinə görə ən sərfəli, məzunlara uyğun karyera imkanları yaradan və ən yaxşı təhsil kriteriyalarına uyğun olaraq bölgü aparıb.

Tələbələrin ən çox diqqətini cəlb edən universitetlərin əsasən, Almaniyada, sonra isə İngiltərə və Fransada olduğu aydınlaşıb.

Türkiyə xarici tələbələr üçün ən cazibədar 10 ölkədən biri ola bilməsə də, xarici vətəndaşlara sərfəli qiymətlər təklif edən ölkələr arasında 5-cidir. Polşa xarici tələbələr üçün daha ucuz qiymətə təkliflər irəli sürən birinci ən sərfəli ölkədir. Bu sıralamada Serbiya ikinci, Macarıstan isə üçüncü yerdədir.

AzEdu.az xarici KİV-lərə istinadən, araşdırmanın nəticələrini təqdim edir:

Tələbələrin diqqətini ən çox cəlb edən ölkələr:

1-Almaniya
2-Böyük Britaniya
3-Fransa
4-Hollandiya
5-Rusiya
6-İsveçrə
7-İsveç
8-Belçika
9-İtaliya
10-Polşa

Tələbələrə ən sərfəli qiymətlər təklif edən ölkələr:
1-Polşa
2-Serbiya
3-Macarıstan
4-Rumıniya
5-Türkiyə
6-Yunanıstan
7-Portuqaliya
8-Almaniya
9-Litva
10-Latviya

Məzun olduqdan sonra ən yaxşı karyera imkanları yaradan ölkələr:
1-İngiltərə
2-İrlandiya
3-İslandiya
4-Norveç
5-Hollandiya
6-İsveç
7-İsveçrə
8-Danimarka
9-Almaniya
10-Avstriya

Ən yaxşı təhsil verən ölkələr:
1-İngiltərə
2-Almaniya
3-Hollandiya
4-Fransa
5-Rusiya
6-İsveçrə
7-İrlandiya
8-İsveç
9-İtaliya
10-İspaniya

Nəzrin Cavid