Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-10 07:08:18
Murada çapanlar – Burada atla müalicə edirlər - VİDEOREPORTAJ

Bakı Qızılı at Terapiya və Təhsil Mərkəzində həm həvəskar, həm də peşəkar atçılıq təlimləri keçirilir. Mərkəzə müxtəlif yaş qrupuna aid insanlar müraciət edir.

AzEDU.az əməkdaşları mərkəzə gedərək, atların təlim metodları ilə yaxından tanış olublar. Mərkəzin rəhbəri Sərxan Tağıyev qeyd edir ki, onlar ölkədə 4-cü nəsil atçılıqla məşğul olan yeganə ailədir. S.Tağıyevin babası Əli Tağıyev Azərbaycanda atçılığın banilərindən sayılır. Cəlal Tağıyev və Ağdamdan olan 5 mütəxəssis 1949-cu ildə Ağdam Atçılıq zavadonu yaradıb. Əli Tağıyev isə milli sərvətimiz olan “Zaman” ləqəbli Qarabağ atını 1956-cı ildə Londona apararaq şəxsən kraliça 2-ci Yelizavetaya hədiyyə edib. Bununla da Qarabağ atının Azərbaycana məxsusluğu bir daha öz təsdiqini tapıb.

At yarışları ilk dəfə qədim türk dövlətlərində təşkil edilib. Sistemli yarışlar isə 17-ci əsrdə İngiltərə kralı 2-ci Çarlesin hakimiyyəti dövrünə təsadüf edir. Erkək atlara üstünlük verilən bu yarışlarda bir neçə iştirak qaydası əsas sayılıb. Qaydalardan biri də erkək atların cinsiyyət orqanlarının kəsilməsidir.

Mərkəzdə həmçinin, İpoterapiya adlanan terapiya növü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar atlar vasitəsilə müalicə edilirlər. Autizmli uşaqların cəmiyyətdən uzaqlaşmalarının əsas səbəblərindən biri də təhsildən yayınmalarıdır. Onların təhsil alması üçün Azərbaycanda xüsusi məktəblər yoxdur. Bu sindromdan əziyyət çəkənlər qorxu içində olur və tez-tez həyəcanlanırlar. İpoterapiya bu zaman, effektiv üsul sayılır.

AzEdu.az Bakı Qızılı at Terapiya və Təhsil Mərkəzindən reportajı təqdim edir.

Nəzrin Rüstəmova
Nəzrin Cavid