Azedu.az

Nəhəng qüllə kitabxananın üzərinə aşdı

8 Aprel 2018, 10:08
Nəhəng qüllə kitabxananın üzərinə aşdı

Danimarkanın Vordinqborq şəhərində  yerli limanda yerləşən köhnə qüllənin uğursuz şəkildə sökülməsi acı nəticələrə yol açıb.

AZEDU.az  xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

İnsident aprelin 6-da baş verib.  İstehkamçı mütəxəssislər köhnə tikilinin təməlini plana uyğun  partlatsa da,  qüllə gözlənilmədən yaxınlıqdakı kitabxana binasının üzərinə aşıb.

Yerli sakinlər hadisənin görüntüsünü “YouTube” portalına yerləşdirib.

Polisin məlumatına görə, xoşbəxtlikdən hadisə itkisiz ötüşüb.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox