Azedu.az

Ombudsmandan şagird və tələbələrlə bağlı önəmli TƏKLİF

Məktəblər

Universitetlər

1 Mart 2019, 15:03
Ombudsmandan şagird və tələbələrlə bağlı önəmli TƏKLİF

Ombudsman Elmira Süleymanova Azərbaycanda aztəminatlı ailələrdən olan məktəbli və tələbələrin ictimai nəqliyyatdan güzəştli istifadə etməsini təklif edir.

AzEdu.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman)  2018-ci ilin illik məruzəsində qeyd edilib.

Sənəddə göstərilib ki, orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmunundan aşağı olan ailələrdən olan məktəbli və tələbələrin ictimai nəqliyyatdan güzəştli istifadəsi üzrə mexanizm hazırlanmalı tətbiq edilməlidir.

Ombudsmanın  2018-ci ilin illik məruzəsi Milli Məclisin martın 5-də keçiriləcək iclasında müzakirə ediləcək.

İran Bakın belə HƏDƏFƏ ALDI - Bu dəfə nəyə hazırlaşırlar?
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox