Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-06 11:25:18
Aprel döyüşlərinə həsr edilən inşa müsabiqəsində qaliblər mükafatlandırıldı

Azərbaycan Kooperasiya Universitetində (AKU) Aprel döyüşlərinin ikinci ildönümünə həsr olunan tədbir keçirilib.

Azedu.az xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.

Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov 2016-cı il aprelin 2-dən 5-dək cəbhədə baş verən və ordumuzun düşmən üzərində qələbəsi ilə nəticələnən Aprel döyüşlərindən bəhs edib. Vurğulanıb ki, ordumuz 2016-cı ilin aprelində hərb tariximizə yeni bir qəhrəmanlıq səhifəsi yazıb.

Aprel döyüşlərinin tarixi əhəmiyyətini diqqətə çatdıran idarə rəisi qeyd edib ki, bu döyüşlər ordumuzun qüdrətinin göstəricisidir.

N.Novruzov qəsbkar ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində tezliklə azad olunacağına inamını vurğulayıb. O, “Aprel döyüşləri bizim şanlı tariximizdir” mövzusunda keçirilmiş inşa müsabiqəsinin qalibi olan şagirdləri təbrik edib.

Aprel şəhidi Mahir Mirzəyevin atası Sabir Mirzəyev Aprel döyüşlərinin uğurlu nəticələrindən danışıb, gəncləri vətənpərvərliyə çağırıb.

AKU-nun prorektoru Fikrət Quliyev Aprel döyüşlərində Azərbaycan ordusunun göstərdiyi böyük qəhrəmanlıqlardan bəhs edib, bu döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinin daim əziz tutulduğunu bildirib.

Sonra inşa müsabiqəsində uğur qazanan şagirdlərə diplom və hədiyyələr təqdim olunub.