Azedu.az

Alimlərdən xəbərdarlıq: Gecə işi sağlamlığa təhlükədir

10 Fevral 2019, 23:53
Alimlərdən xəbərdarlıq: Gecə işi sağlamlığa təhlükədir

Honkonq universitetinin alimləri müəyyən ediblər ki, yuxu çatışmazlığı və gecə saatlarında aktivlik DNA strukturunun zədələnməsinə səbəb olur. AzEdu.az ölkə.az-a istinadən xəbər verir ki, alimlərin məsələ ilə bağlı geniş elmi məqaləsi "Anaesthesia" jurnalında dərc edilib.

 

Alimlərin təcrübəsinin nəticələrinə əsasən, gecə smenində işləmək DNA-ya mənfi təsir edir. Bu isə bəzi ciddi xroniki xəstəliklərin yaranma ehtimalını artırır. Belə ki, daim gecə smenində işləyən həkimlər qan analizi veriblər. Nəticələr üzə çıxarıb ki, gecə smenində işləyənlərin DNA pozulmasının səfiyyəsi gündüz işləyənlərinkinin səviyyəsindən yüksək olub.

 

Bir müddət əvvəl isə İspaniyanın Milli ürək-damar tədqiqat mərkəzinin alimləri qısa və dərin olmayan yuxunun ateroskleroz riskini artırdığını müəyyən ediblər.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox