![](https://azedu.az/uploads/news/2019/02/azedu.az_smart_749.jpg)
“Statista” şirkətinin ekspertləri elektromaqnit şüalanması səviyyəsinin yüksək olduğu smartfonların reytinqini təqdim ediblər.
AzEdu.az xəbər verir ki, şirkət bu barədə məlumatı “Twitter”də yerləşdirib. Reytinqin tərtibində Almaniya Radiasiyadan Müdafiə İdarəsinin məlumatlarından istifadə olunub.
Reytinqə görə, Çinin “Xiaomi Mi A1” smartfonunun şüalanma səviyyəsi bir kiloqram üçün 1,75 vatt təşkil edir ki, bu da reytinqdə ən yüksək göstəricidir. İkinci yeri Çinin “OnePlus 5T” (1,68 vt/kq), üçüncü yeri yenə də Çinin “Xiaomi Mi Max 3” (1,58 vt/kq) smartfonları tutur.
ABŞ-ın “Apple” konserninin iki modeli də reytinqdə yer alıb. Məsələn, şüalanma səviyyəsi 1,38 vt/kq olan “iPhone 7” 9-cu, “iPhone 8” 14-cü yerdədir.
Şirkətdən bildiriblər ki, ekspertlər reytinqin tərtibi zamanı “Apple”, “Blackberry”, “Google”, HTC, “Huaweii”, “Samsung”, LG, “Motorola”, “OnePlus”, “Sony”, “Xiaomi” və ZTE kimi istehsalçıların smartfonlarını öyrəniblər.
Qeyd edək ki, “Statista” onlayn-statistika, bazar tədqiqatları və biznes-analitika portalıdır. O, bazarın tədqiqi ilə məşğul olan müəssisələrin, habelə kommersiya təşkilatlarının və dövlət müəssisələrinin ingilis, fransız, alman və ispan dillərində məlumatlarından istifadə etməyə imkan yaradır. Dünyanın ən sanballı statistik məlumat bazası olan platformada 18 mindən çox mənbədən 80 mindən çox mövzuda 1 milyon 500 mindən artıq statistik məlumat saxlanılır. Portal statistik məlumatlarla yanaşı, bazar proqnozları, tədqiqatlar, dosyelər, sahə hesabatları, rəqəmsal və istehsal bazarının perspektivləri barədə məlumatlar təqdim edir. (Azərtac)
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)