Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-09 17:08:00
Dünya tarixində məktəbləri  yox edən dəhşətli zəlzələlər – Rekord şagird ölümü

Güclü yeraltı təkanlar evləri və tikililəri uçura, sunami, yer sürüşmələri əmələ gətirə və çox sayda insan tələfatına yol aça bilər.

AzEdu.az xarici KİV-ə istinadən dünyada baş verən ən dəhşətli zəlzələlərdən bir neçəsini təqdim edir.

2011-ci il Tokio zəlzələsi - 2011-ci  il mart  ayının 11-də  Yaponiyanın  Tokio şəhərində 9.0 bal  gücündə yeraltı təkan  baş verib. 15.828  nəfər  həyatını  itirdiyi, 3760 nəfərin aqibətindən hələ də xəbərin olmadığı zəlzələ böyük fəsadlara səbəb olub. 3100 sakin sunami baş verən bölgələrdən təxliyə edilib, 150 məktəb bağlanıb, 4.4 milyon ev işıqsız, 1.5 milyon ev isə susuz qalıb. Bütün bunlarla yanaşı ölkədə ərzaq sıxıntısı da yaranıb.

2010-cu il Haiti zəlzələsi - 2010-cu il Haiti zəlzələsinin episentri Port-au-Princeyə 25 km məsafədə 7.0 böyüklüyündü zəlzələ baş verib. Təbii fəlakətdə təxminən, üç milyon insanın zərər çəkdiyi, 50.000-100.000  nəfərin həlak olduğu bildirilir.

2005-ci il Kəşmir zəlzələsi - Pakistanda 8 oktyabr 2005-ci ildə 7.6 bal gücündə baş vermiş zəlzələ təqribən 1 dəqiqə 19 saniyə davam edib. Fəlakətdə həlak olanların sayı təxminən 75.000 nəfər olduğu deyilir. Ölənlərin 73.338 nəfəri Pakistan, 1400 nəfəri isə Hindistandan olduğu deyilir. Həlak olanlardan 400 nəfərin məktəbli olduğu bildirilib. Zəlzəlnin episentiri İslamabadın 95 kilometr  cənub şərqindəki Kəşmir bölgəsi olsa da Hindistan və Əfqanıstanda dağıntılar baş verib.

1667-ci il Şamaxı zəlzələsi - 1667-ci ildə Şamaxıda 6.9 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində təxminən 80.000 nəfərin həlak olduğu məlumdur.

2015 – ci il Nepal zəlzələsi - 25 aprel 2015-ci il paytaxt Katmandu və Pokhara bölgəsi arasında Nepalda 7.8 bal gücündə yeraltı təkan olub. Verilən məlumata görə, 1934-cüildən bəri ölkədə baş vermiş ən güclü zəlzələ idi. Nəticədə  6.000 nəfər ölüb,  12.000 nəfər isə xəsarət alıb.

1556 –cı il Şensi zəlzələsi -  23  yanvar   1556-cı  ildə  Çinin  Şensi əyalətində güclü 830 min  nəfərin ölümünə səbəb olan yeraltı təkan  olub.   Bu,  ən çox insan təlafatına səbəb olan  zəlzələ kimi tarixə keçib. Təbii fəlakət nəticəsində Çinin Şensi, Şansi, Henan, Gansu, Hebei, Shandong, Hubei, Hunan, Jiangsu və Anhui kimi əyalətlərində güclü dağıntılar olub.

2015 –ci il Əfqanıstan zəlzələsi - 2015-ci oktyabr ayında Əfqanıstanda 7.7 bal gücündə  zəlzələ baş verib. Nəticədə 117 nəfər həlak olub, yüzlərlə insan isə xəsarət alıb. Yeraltı təkan tikililərə də güclü ziyan vurub .Verilən məlumata görə, Əfqanıstanın 9 vilayətində dağıntılar olub. O  cümlədən paytaxt Kabildə 630 mənzil, 12 məktəb, 17 məscid, 20 dövlət binası zəlzələ nəticəsində xarabaya çevrilib.

1960-cı il Böyük Çili zəlzələsi - 22 may 1960-cı ildə 9.5 bal ilə ölçülmüş zəlzələ baş verib. Bu  tarixin ən güclü zəlzələsi hesab edilir. Zəlzələnin episentri Santiago de  Chilenin 700 km cənubunda Valdivia şəhəridir. Təbii  fəlakət nəticəsində 10.000 kilometr məsafədə Hilo, Huwaii və Cənubi Afrika sahillərində dağıntılar olub. Verilən məlumata görə, 5.000 ölüb, 2 milyon nəfər isə evsiz qalıb.

Rəna Nəbi