Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-08 17:28:00
Bu müəllimlərin maaşı 2 dəfə artıb  

Ölkə Prezidentinin Sərəncamına əsasən 2014-2018-ci illərdə 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi yekunlaşdırılıb. Bu sınaqdan uğurla keçən müəllimlərin vəzifə maaşı 2 dəfə artırılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində bildirilir.

Məqalədə qeyd olunur ki, son 5 ildə işə qəbul edilən 18 min 136 müəllimdən kənd məktəblərində fəaliyyətə başlayan 11 min 600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib.