Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-08 14:02:38
Praqa Biznes Məktəbinin və Atılım universitetinin professorları UNEC-in Qış Məktəbində

Əsas məqsədi yüksək ixtisaslı kadrlar hazırlmaq olan UNEC tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, professor-müəllim heyətinin elmi potensialının və pedaqoji bacarıqlarının artırılması, bu sahədə xarici təcrübənin öyrənilməsi məqsədi ilə mütəmadi olaraq tədbirlər həyata keçirir.

AzEdu.az xəbər verir ki, professor-müəllim heyətinin müasir tədris bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində 89 müəllimin, o cümlədən Zaqatala filialından 7 müəllimin iştirakı ilə “Tələbə nailiyyətlərinin artırılması yönümlü müasir tədris metodları” mövzusunda Qış məktəbi start götürmüşdür. Qış məktəbi Praqa Biznes Məktəbinin professoru Vadim Strilkovski (Wadim Strielkowski) və Türkiyənin Atılım Universitetinin rektoru, professor Yıldırım Üçtuğun iştirakı ilə keçiriləcək.

Təlim müddətində Praqa Biznes Məktəbinin professoru V.Strilkovski “Elmi məqalələrin yazılması qaydaları”, “Tələbələrin biliyinin qiymətləndirilməsində müasir və motivasiya əsaslı metodlardan istifadə”, “Sərbəst işlərin (tapşırıqların) müəyyən edilməsi və qiymətləndirilməsinin effektiv metodları”,  “Tədris prosesində  motivasiyanı təmin edən  üsullar və onların tətbiqi” və digər mövzularla əlaqədar təqdimatlarla çıxış edəcək. Atılım universitetinin rektoru, Prof. Yıldırım Üçtuğ “Dərsin refleksiya hissəsində istifadə olunan metodlar”, “Auditoriyalarda liderlik və komandalarla işləmə bacarıqlarının tətbiq edilməsi”, “Tələbələrin yaradıcı düşüncəsinə təsir edən metodların istifadəsi: Beyin xəritələri; Skeçlər; Keys (case); Rol oynama; In-basket” və digər mövzular ətrafında təqdimatlarla çıxış edəcək.