Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-08 09:57:00
AMEA-nın institutları birləşdiriləcək? –Ekspertdən proqnoz  

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkəsindəki Elmlər Akademiyasının maliyyələşməsinin dayandırılması haqda fərman imzalayıb.

Bu fərmandan sonra 26 elmi-tədqiqat institutu və bir seysmoloji xidmət maliyyələşmədən kənarda qalıb.

Bəs Azərbaycanda Milli Elmlər Akademiyası (AMEA) özü-özünü maliyyələşdirməiqtidarındadırmı?

Mövzuyla bağlı AzEdu.az-a danışan təhsil eksperti Etibar Əliyev bildirib ki, Tükmənistanda qəbul olunan bu qərar mütərəqqi addımdır:

“İnstitutlar elmi tədqiqatla məşğul olursa, bir çox təsərrüfatları mövcuddursa, AMEA da özünü maliyyələşdirmə sisteminə keçməlidir. Bunu yalnız Türkmənistan modeli kimi etməli deyilik.Məsələn, öz modelimizi seçə bilərik. Yararlı alimlərin sayına fikir verilə və əməkdaşlar qrant layihələrində, tədqiqat nəticələrinin satılması nöqteyi-nəzərindən önə çıxa bilərlər”.

Ekspertin sözlərinə görə, hazırda AMEA-da islahatların başlanma dövrüdür:

“Bu islahatların hansı istiqamətlər üzərində gedəcəyini hələlik bilmirik. Belə görünür ki, islahatlar nəticəsində bir sıra institutların birləşdirilməsi nəzərdə tutulur. Ancaq, atılan addımlar təkcə bundan ibarətolmamalıdır. AMEA-nın maliyyələşmə məsələsinə önəm verilməlidir. Məsələn, elmi işçilərin əməkhaqqı çox aşağıdır. Bu, büdcədən ayrılan vəsaitin hesabına verilir. Əməkdaşlar öz tədqiqatlarını dünya elm bazarına çıxara biləcəksə, bu zaman onların normal əməkhaqqı almasına imkan yaranacaq.

Elmlər Akademiyasının hazırki tərkibi köhnəlmiş və funksional olmayan strukturdur. AMEA özünü maliyyələşdirmə sisteminə keçə bilər. Buradaelm sosial funksiya yerinə yetirməklə yanaşı, həm də iqtisadiyyatın hərəkətverici qüvvəsinə çevrilə bilər”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları