Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-07 12:13:00
Məktəbdə summativ xərcləri ödənmədikdə müəllim nə edə bilər? -  Rəsmi  cavab

“Əgər məktəb qiymətləndirmə xərcləri təmin olunmursa, bununla bağlı müraciət edə bilərlər. Fakt araşdırılacaq”.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev “Həftənin sualı” proqramında yeni qiymətləndirmə qaydaları ilə bağlı izləyicilərin suallarını cavablandırarkən məlumat verib.

Yeni meyara əsasən şagird üçün il ərzində hər fənndən meyar yazılmalıdır. Bəs bunların çap olunması prosesi kimin hesabına təmin edilməlidir?” sualına cavab olaraq şöbə müdiri müəllimlərin bunu öz hesablarına etdiyini düşünmədiyini bildirib:

“Məktəbin bununla bağlı texniki təchizatı ödənməlidir. Bununla Rayon Təhsil Şöbələri məşğuldurlar. Fikrimcə, məktəblər bununla təmin edilir. Əgər edilmirsə, bununla bağlı müraciət edə bilərlər. Fakt araşdırılacaq”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları