Azedu.az

Şamaxıda zəlzələdən sonra bu məktəb qəzalı vəziyyətə düşdü - FOTO

6 Fevral 2019, 14:00
Şamaxıda zəlzələdən sonra bu məktəb qəzalı vəziyyətə düşdü - FOTO

Dünən baş vermiş zəlzələ nəticəsində Şamaxı şəhəri 2 saylı orta məktəbdə dağıntılar yaranıb.

AzEdu.az Oxu.az-a istinadən məlumat verir ki, məktəbin divarlarında çatlar əmələ gəlib, üzlük tökülüb.

Dağıntılar nəticəsində məktəbin iki korpusunda tədris dayanıb, şagirdlər məktəbin üç nömrəli korpusunda tədrisi davam etdirir.

 

Hazırda məktəbə Təhsil Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilir. Dəymiş ziyanın miqdarı müəyyənləşdirilir.

Xatırladaq ki, yeraltı təkanlar yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı rayonu ərazisində qeydə alınıb. 

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub. 

İran Bakın belə HƏDƏFƏ ALDI - Bu dəfə nəyə hazırlaşırlar?
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox